
Lider.com.az istinadən bildirir ki, “Məclis.info” portalının rəhbəri İmran Əliyevin, eləcə də ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın məhkəmə istintaqının növbəti iclası baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə reallaşan iclasda prokuror çıxış edərək mövqeyini açıqlayıb.
Dövlət ittihamçısı İmran Əliyevin 12 il, Elgiz Qəhrəmanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İclas zamanı Tamella Musayevanın səhhətində qəfil pisləşmə qeydə alındığından, prokuror çıxışını tam başa çatdıra bilməyib.
Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin olunub.
Xatırladaq ki, İmran Əliyev ötən ilin aprelin 19-da saxlanılaraq həbs olunub, Elgiz Qəhrəman və Tamella Musayeva жа bu cinayət işinə sonradan cəlb ediliblər və onların barəsində polis nəzarəti altnda olma qətimkan tədbiri seçilib.
Qeyd edək ki, adıçəkilən şəxslərə Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qaçaqmalçılıq, vergilərdən yayınma və sənəd saxtalaşdırma ittihamları irəli sürülüb.
