
Lider.com.az istinadən bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya səyahət etməyi planlaşdıran vətəndaşlarımıza xəbərdarlıq edib.
Diplomatik idarə Fransada son vaxtlar baş qaldıran iğtişaşları, zorakılıq hallarını və kütləvi itaətsizliyi əsas götürərək, soydaşlarımıza zəruri ehtiyac yaranmayınca bu ölkəyə getməməyi məsləhət görür, səfər edənlərə isə maksimum diqqətli olmağı tövsiyə edir.
Nazirlikdən o da qeyd olunub ki, hazırda Fransa ərazisində qalan azərbaycanlılar təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməli, izdihamlı məkanlardan uzaq dayanmalı və rəsmi qurumların açıqlamalarını mütəmadi olaraq izləməlidirlər.
Hər hansı təcili və ya fövqəladə hal yarandığı təqdirdə, vətəndaşlarımız ölkəmizin Fransadakı Səfirliyinə müraciət edə bilərlər.
Diplomatik nümayəndəliyin ünvanı Parisdə 78, avenue d'Iéna Paris 75116 olaraq göstərilib.
Əlaqə üçün [email protected], [email protected] və [email protected] elektron poçt ünvanları, həmçinin +33 (0) 1 44 18 60 20 və +33 (0) 1 44 18 60 23 nömrələri fəaliyyət göstərir.
Bundan əlavə, təcili hallar üçün səfirliyin +33 (6) 74740398 nömrəli qaynar xətti (WhatsApp) vasitəsilə də əlaqə saxlamaq mümkündür.
