05:52

Səudiyyə Ərəbistanındakı hava limanına təşkil olunan hücum bir nəfərin ölümünə səbəb olub

Səudiyyə Ərəbistanındakı hava limanına təşkil olunan hücum bir nəfərin ölümünə səbəb olub

Lider.com.az istinadən bildirir ki, Səudiyyə Ərəbistanının şərqində yerləşən Dammam şəhərinin aeroportu hücuma məruz qaldı.

Mülki Aviasiya Baş İdarəsinin yaydığı məlumata əsasən, insident oktyabrın 21-də axşam saatlarında qeydə alınıb.

Basqın nəticəsində bir nəfər dünyasını dəyişib, səkkiz nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib.

Hal-hazırda aviasiya qovşağına dəyən zərərin həcmi hesablanır.

Təxribatın kim tərəfindən və hansı silah növündən istifadə edilməklə törədildiyi hələlik rəsmən açıqlanmayıb.