03:54

Benyamin Netanyahu: İran hakimiyyəti dəyişdirilməlidir

Benyamin Netanyahu: İran hakimiyyəti dəyişdirilməlidir

Lider.com.az istinadən bildirir ki, İran tərəfi atom silahı əldə etmək istiqamətində fəaliyyətini davam etdirir.

“The Times of Israel” nəşrinin yaydığı məlumata əsasən, bu barədə İsrailin hökumət başçısı Benyamin Netanyahu danışıb.

O qeyd edib ki, ölkəsi mövcudluq təhlükəsi ilə qarşı-qarşıyadır və Tehran rəhbərliyi “öldürücü silahlar” istehsal etməyə can atır.

Netanyahu bu vəziyyətin İsrail üçün real təhdid töratdiyini diqqətə çatdırıb.

Hökumət rəhbəri bildirib: “Buna görə də bu təhlükəni birdəfəlik aradan qaldırmağın yalnız bir yolu var - İrandakı rejimi devirmək və bu, İsrail Müdafiə Qüvvələrinə, "Mossad" və təhlükəsizlik orqanlarına verdiyim göstərişdir. Dostum Prezident Tramp da bunun yeganə yol olduğu qənaətindədir. O, bir neçə gün əvvəl demişdi ki, biz işi bitirməyə hazırıq, amma bunu yalnız sizinlə - İsrail dövləti ilə edəcəyik”

İsrailin baş naziri həmçinin İranın Ali Rəhbəri Müctəba Xameneinin mövcud hadisələrdən heç bir nəticə çıxarmadığını və “atasının yolu ilə irəlilədiyini” vurğulayıb.