
Lider.com.az istinadən bildirir ki, paytaxtın Xətai və Nəsimi rayonlarının müəyyən hissələrində sabah mavi yanacağın verilişində qısamüddətli fasilələr qeydə alınacaq.
Bildirilib ki, bu addım qaz sızmalarının aradan qaldırılması, həmçinin təmir və quraşdırma tədbirlərinin icrası məqsədilə atılır.
Oktyabrın 22-si saat 10:00-dan etibarən əməliyyatlar başa çatanadək Xətai rayonunda Gəncə prospekti və M.Hadi küçəsində, eləcə də Nəsimi rayonunun Mir Cəlal, A. Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrinin sakinlərinin qaz təminatında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
