
Lider.com.az istinadən bildirir ki, Hökməli ilə Puta arasındakı magistralda yerləşən Çingiz Mustafayev küçəsində aparılan bərpa və təmir tədbirləri səbəbindən avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına əsasən, yaranan çətinliklə əlaqədar olaraq 567 nömrəli şəhərətrafı marşrut xəttinin avtobusları Qobu qəsəbəsinin Sona Salmanova küçəsi istiqamətinə yönləndirilib.
Eyni səbəbdən 553 nömrəli müntəzəm marşrutun hərəkət trayektoriyası isə "Yeni məhəllə" adlanan massiv üzrən təşkil olunub.
