00:25

Fransanın paytaxtında oktyabrın 25-dək komendant saatı elan olunub

Fransanın paytaxtında oktyabrın 25-dək komendant saatı elan olunub

Lider.com.az istinadən bildirir ki, Paris hüquq-mühafizə orqanları tərəfindən paytaxtın iki rayonunda oktyabrın 22-dən 25-dək komendant rejimi tətbiq olunub.

Bu barədə qurumun sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayımlanıb.

Təsdiq olunmuş qərara əsasən, Respublika meydanı və Le-Al məhəlləsi ərazisində həm böyüklərin, həm də yeniyetmələrin hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək küçələrə çıxması qadağan edilib.

Qeyd edək ki, oktyabrın 17-də Fransada yanacaq qiymətlərinin artmasına və vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsinə etiraz olaraq kütləvi aksiyalar təşkil olunmuşdu.