00:25

Neftçalada azyaşlı uşaq traktorun qoşqusunun altında qalaraq həyatını itirib

Neftçalada azyaşlı uşaq traktorun qoşqusunun altında qalaraq həyatını itirib

Lider.com.az istinadən bildirir ki, Neftçala rayonunda baş verən bədbəxt hadisə nəticəsində azyaşlı uşaq dünyasını dəyişib.

Faciə rayonun Pirətəvana kəndində qeydə alınıb.

Həsənabad qəsəbəsinin sakini olan 3 yaşlı azyaşlı velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altına düşüb və aldığı ağır xəsarətlərdən dərhal hadisə yerində keçinib.

Məsələ ilə əlaqədar olaraq müvafiq araşdırmalar davam etdirilir.