01:01

Finlandiya və Ukrayna 300 milyon avroluq razılaşma əldə edib

Finlandiya və Ukrayna 300 milyon avroluq razılaşma əldə edib

Lider.com.az istinadən bildirir ki, Finlandiya ilə Ukrayna ümumi məbləği 300 milyon avro təşkil edən yenicə təsdiqlənmiş yardım paketini də əhatə edən yeddi müqavilə bağlayıblar.

Ukrayna lideri Volodimir Zelenski paytaxt Kiyevdə Finlandiyanın Baş naziri Petteri Orpo ilə baş tutan danışıqların yekunlarını şərh edərkən bu barədə məlumat verib.

Zelenski qeyd edib ki, tərəflər tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi, eləcə də Finlandiyanın kosmik peyk texnologiyalarından daha səmərəli yararlanılması istiqamətində anlaşmaya varıblar və bu xüsüs “Nokia” ilə “ICEYE” şirkətlərinin rəhbərliyi səviyyəsində də müzakirə olunub.

Sözügedən yardım paketinə dəmir yolu lokomotivləri, müxtəlif növ enerji avadanlıqları, o cümlədən enerji infrastruktur obyektlərinin təhlükəsizliyini təmin edəcək müdafiə vasitələri daxil edilib.