
Lider.com.az istinadən bildirir ki, "JPMorgan Chase", "Bank of America", "Citigroup" və "Morgan Stanley" kimi ABŞ-ın aparıcı maliyyə qurumları süni intellekt agentlərinin istifadəçi profillərinə icazəsiz müdaxilə təhlükəsinə qarşı qorunma mexanizmlərini sərtləşdirirlər.
Banka aid portallarda yer alan məlumatlara əsasən, maliyyə təşkilatları süni intellekt proqramlarının xəbərdarlıqsız pul köçürmələri və müxtəlif əməliyyatlar icra edə biləcəyindən ciddi şəkildə ehtiyat edirlər.
Məhz bu səbəbdən də bəzi rəqəmsal intellekt agentlərinin profillərə giriş hüququ tamamilə əngəllənir və ya onların funksional imkanları daraldılır.
Bununla yanaşı, bankçılıq sektoru belə hallarda baş verə biləcək zərərlərə görə məsuliyyətin kimin – bankın, xidmətdən yararlanan şəxsin, yoxsa süni intellekt proqramını tərtib edən şirkətin üzərinə düşəcəyini dəqiqləşdirməyə çalışır.
