03:41

Antiinhisar Agentliyi: İstehlakçı hüquqlarının pozulmasına görə 17 protokol yazılıb

Antiinhisar Agentliyi: İstehlakçı hüquqlarının pozulmasına görə 17 protokol yazılıb

Lider.com.az istinadən bildirir ki, cari ilin səkkiz ayı ərzində aldadılan istehlakçılardan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ümumilikdə 396 şikayət ünvanlanıb.

Qaldırılan məsələlərin 306-sı üzrə araşdırma aparılıb, onlardan 130-nun tələbləri isə müsbət həllini tapıb.

Eyni zamanda, vətəndaşların aldadılması qanun pozuntuları ilə əlaqədar qurum tərəfindən 17 inzibati xəta protokolu rəsmiləşdirilib.

Alıcılar məhsulların çəkiyə, ölçüyə və hesaba görə yanlış təqdim olunması problemləri ilə qarşılaşdıqda görüləcək tədbirlər, eləcə də qanunvericilik normaları haqqında dolğun bilgiləri Agentliyin dəstəyilə fəaliyyətə başlayan "istehlakchi.gov.az" internet səhifəsindən öyrənə bilərlər.