04:08

“Qalatasaray” və “Fənərbaxça” matçını idarə edəcək hakim açıqlandı

“Qalatasaray” və “Fənərbaxça” matçını idarə edəcək hakim açıqlandı

Lider.com.az istinadən bildirir ki, Türkiyə Superliqasının doqquzuncu turu çərçivəsində baş tutacaq “Qalatasaray” – “Fənərbaxça” görüşünün ədalət təmsilçiləri bəlli olub.

İstanbul derbisinin idarəçiliyi Atilla Karaoğlana həvalə edilib.

Ona yan xətdə Ceyhun Sesigüzel ilə Süleyman Özay yardımçı olacaqlar, dördüncü hakim funksiyasını isə Abdullah Buğra Taşkınsoy yerinə yetirəcək.

Xatırladaq ki, “Qalatasaray” ilə “Fənərbaxça”nın dueli oktyabrın 26-da, bazar ertəsi günü saat 22:30-da start götürəcək.