03:41

Taalatbek Masadıkov: Ermənistan praktiki olaraq KTMT-ni tərk edib

Taalatbek Masadıkov: Ermənistan praktiki olaraq KTMT-ni tərk edib

Lider.com.az istinadən bildirir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Taalatbek Masadıkov Ermənistanın gerçəkdə bu qurumdan uzaqlaşdığını bəyan edib.

Onun fikrincə, KTMT iştirakçı dövlətlərə müvafiq sənədləri təqdim etməsinə baxmayaraq, İrəvan müzakirə prosesində və qərarların qəbul olunmasında təmsil olunmur.

Bununla bərabər, Ermənistan tərəfi məhdud çərçivədə qərarların qəbul edilməsinə qarşı çıxmır və birliyin fəaliyyətinə əngəl törətmir.

Masadıkov həmçinin vurğulayıb ki, respublika qurumun əsas tədbirlərinə və hərbi manevrlərinə də qatılmır, sadəcə olaraq həftəlik icmallarla tanış olur.

Baş katibin qənaətincə, mövcud durum KTMT Nizamnaməsinin 25-ci maddəsi ilə bağlıdır və İrəvan faktiki olaraq təşkilatı öz xoşi ilə tərk edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər qanunverici orqandakı çıxışında ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ayrılmasını dəstəklədiyini söyləmiş və belə bir addımın atılmasından məmnunluq duyacağını dilə gətirmişdi.