
Lider.com.az istinadən bildirir ki, Gəncə şəhərində minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza nəticəsində üç şəxs – 1961-ci il təvəllüdlü L.Məmmədova, 1990-cı il təvəllüdlü S.Məmmədova və 1991-ci il təvəllüdlü S.Mehdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər dərhal tibb müəssisəsinə çatdırılıblar və həkimlər onların səhhətini orta ağır qiymətləndirirlər.
