00:10

Gəncə-Samux istiqamətində ağır yol qəzası qeydə alınıb, maşın iki yerə parçalanıb

Gəncə-Samux istiqamətində ağır yol qəzası qeydə alınıb, maşın iki yerə parçalanıb

Lider.com.az istinadən bildirir ki, Gəncə-Samux avtomobil yolunda ağır nəqliyyat qəzası baş verib.

Hadisə həmin rayonun Sərkar kəndinə gedən yolda qeydə alınıb.

Məlumata görə, “VAZ 2107” markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb. Güclü zərbənin təsirindən maşın iki parçaya bölünüb.

Qəza nəticəsində 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov ağır bədən xəsarətləri ilə Gəncə şəhərindəki tibb müəssisələrindən birinə çatdırılıb.

Faktla əlaqədar olaraq araşdırmalara başlanılıb.