
Lider.com.az istinadən bildirir ki, Hindistanın Kəlkətə şəhərində təşkil olunan "Durqa-puca" bayramında yaranan basabas nəticəsində azı 17 nəfər həyatını itirib, iyirmi beşdən artıq vətəndaş isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yerli polis idarəsinin yayımladığı məlumata əsasən, faciəli olay metropolun şimal hissəsindəki pavilyonların birində qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, yerli vaxtla saat 19:40 radələrində qəfil yağan yağış səbəbindən çıxış hissəsində böyük izdiham formalaşıb və nəticədə ağır basabas baş verib.
Görgü şahidlərinin dediklərinə görə, tədbirə qatılanların bir çoxu huşunu itirib, bəzi yaralılar isə xəstəxanalara məhz motosikletlərin köməyi ilə çatdırılıb.
Şahidlərdən biri vurğulayıb ki, həmin pavilyonun giriş-çıxış qapıları həddindən artıq dar idi və ərazidə zəruri işıqlandırma təmin olunmamışdı.
Xatırladaq ki, "Durqa-puca" Qərbi Benqal ştatında ilahə Durqaya ithaf olunan ən əsas bayram hesab olunur və Kəlkətədə hər il xüsusi təntənə ilə bayram edilir.
