
Lider.com.az istinadən bildirir ki, oktyabrın 19-da proqnozlaşdırılan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıqlar elan edilib.
Paytaxtda və Abşeron yarımadasında narıncı xəbərdarlıq kateqoriyasına uyğun olaraq şimal-qərb istiqamətindən güclü külək əsəcək və havanın sürəti saniyədə 20,8-28,4 metrə kimi yüksələcək.
Eyni zamanda, Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlı rayonlarında sarı xəbərdarlıq rejimi tətbiq olunacaq.
Həmin bölgələrdə qərb küləyinin üstünlük təşkil edəcəyi və əsən küləyin sürətinin saniyədə 13,9-20,7 metr təşkil edəcəyi gözlənilir.
