
Lider.com.az istinadən bildirir ki, Yəməndəki husi qruplaşmasının hücumları şiddətləndiyi bir dövrdə Qahirə rəsmirliyi Səudiyyə Ərəbistanına hərbi yardım göstərməyə hazır olduğunu bəyan edib.
Misir Prezident Administrasiyasının yayımladığı rəsmi açıqlamada bu barədə məlumat verilib.
Sənəddə vurğulanır ki, Misir dövləti qardaş ölkənin təhlükəsizliyini, sabitliyini, həmçinin ərazi bütövlüyü və müqəddəs ocaqlarını müdafiə etmək üçün hər cür köməkliyi göstərməyə qadirdir.
Prezident Əbdülfəttah əs-Sisi məsələ ilə əlaqədar qanunverici orqanın təcili toplantısının çağırılmasını tələb edib.
Həmin iclasda Ər-Riyaddan rəsmi müraciət daxil olacağı təqdirdə, krallığa hərbi dəstəyin verilməsi imkanlarının müzakirə olunacağı gözlənilir.
Xatırladaq ki, son vaxtlar husilər Səudiyyə Ərəbistanının paytaxtındakı beynəlxalq hava limanına və “Saudi Aramco” şirkətinin neft obyektlərinə qarşı zərbələr endiriblər.
Qeyd edək ki, Misir hələ 2015-ci ildə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəmən koalisiyasına daxil olmuşdu, lakin həmin vaxt hərbi əməliyyatlarda iştirakı məhdud xarakter daşımışdı.
