02:52

Türkiyə lideri Azərbaycana Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik ünvanlayıb

Türkiyə lideri Azərbaycana Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik ünvanlayıb

Lider.com.az istinadən bildirir ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Türkiyə lideri bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Paylaşımda vurğulanır: “Dost və qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ölkəm və xalqım adından ürəkdən təbrik edirəm."

Sonda o qeyd edib: "Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz azərbaycanlı qardaşlarıma salamlarımı çatdırıram”.