03:16

İndoneziya ərazisində 5,3 bal gücündə zəlzələ olub

İndoneziya ərazisində 5,3 bal gücündə zəlzələ olub

Lider.com.az istinadən bildirir ki, İndoneziyada 5,3 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

Yerli Meteorologiya, İqlimşünaslıq və Geofizika Agentliyinin (BMKG) yaydığı məlumata əsasən, seysmik hadisə Labuan Bajo rayonundan 60 kilometr aralıda baş verib.

Təkanların ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilib.

Hələlik hər hansı dağıntı və ya insan tələfatı barədə informasiya daxil olmayıb.

Xatırladaq ki, Sakit okeanın seysmik cəhətdən ən fəal "Odlu halqa" zonasında yerləşən İndoneziyada güclü zəlzələlər və vulkanik fəaliyyətlər tez-tez müşahidə olunur.