03:16

Almaniya hava limanında qəza qeydə alınıb, uçuş-enmə zolağının fəaliyyəti dayandırılıb

Almaniya hava limanında qəza qeydə alınıb, uçuş-enmə zolağının fəaliyyəti dayandırılıb

Lider.com.az istinadən bildirir ki, Almaniyanın Leypsiq/Halle hava limanının təhlükəsizlik hasarına maşın çırpılıb və nəticədə çəpər dağılıb.

Almaniya polsinin yaydığı məlumata əsasən, ilkin ehtimallar sürücünün idarəetməni itirərək maneəni aşıb əraziyə soxulduğunu göstərir.

Hüquq-mühafizə orqanları bölgədə dərhal yoxlamalar həyata keçirib və nəticədə şübhəli əşyalar, həmçinin icazəsiz olaraq içəri girən kəslər tapılmayıb.

Gücləndirilmiş təhlükəsizlik protokollarına uyğun olaraq, hava məntəqəsinin şimal uçuş-enmə zolağı müvəqqəti olaraq qapadılıb, həmçinin həmin zolaqda əlavə axtarış tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, cari ilin avqust ayında həmin aeroportun enmə zolağının yaxınlığında partlayıcı maddə daşıyan dron tapılmışdı.

Alman rəsmiləri bu insidentdə birbaşa Rusiyanı günahlandırmış, lakin rəsmi Moskva həmin ittihamların heç birini qəbul etməmişdi.