00:10

İdmançımız Albaniyadakı Avropa çempionatında üç bürünc medala sahib çıxdı

İdmançımız Albaniyadakı Avropa çempionatında üç bürünc medala sahib çıxdı

Lider.com.az istinadən bildirir ki, təmsilçimiz Qasım İsmayılov Albaniyanın Dürres şəhərində təşkil olunan U23 və gənclər arasında Avropa birinciliyində yüksək nəticə göstərib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadənin də tribunadan izlədiyi mübarizədə idmançımız üç bürünc medal əldə etməyi bacarıb.

Yetmiş beş kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım birdən qaldırma hərəkətində 139 kiloqramlıq ştanqın öhdəsindən uğurla gələrək üçüncü yeri tutub.

Yarışın təkanla qaldırma hərəkatında da həmyerlimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib, bu dəfə o, 175 kiloqram nəticə nümayiş etdirib.

Bununla da, iki hərəkatın yekununda ümumilikdə 314 kiloqram nəticə qeydə alan atletimiz Avropa birinciliyinin bürünc medalı ilə mükafatlandırılıb.