
Lider.com.az istinadən bildirir ki, “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Misli Premyer Liqasının 8-ci turunda “Neftçi” ilə heç-heçə başa çatan 3:3 hesablı derbi qarşılaşmasından sonra təəssüratlarını bölüşüb.
O, qarşılaşmanın yüksək səviyyədə keçdiyini və hər iki komandanın azarkeşlərinin matça gəldiyini qeyd edərək, müəyyən çətinliklərə baxmayaraq hesabı bərabərləşdirməyi bacardıqlarını söyləyib.
Təcrübəli qolkiper uzun müddətdən sonra yenidən yaşıl meydanlara dönməsinə və kollektivdəki rəqabət mühitinə də toxunub.
Bildirilib ki, özünü yaxşı hiss etdiyini vurğulayan futbolçu sonuncu dəfə on bir ay əvvəl oynadığını xatırladıb.
Martin Zlomisliçin iki gün əvvəl zədələndiyini diqqətə çatdıran qapıçı meydana çıxanda kiminlə oynadığına fikir vermədiyini, şans qazanmaq üçün hər zaman yaxşı çıxış etməyin vacib olduğunu vurğulayıb.
