Lider.com.az istinadən bildirir ki, Lamin Yamal ardıcıl olaraq üçüncü dəfə nüfuzlu “Kopa” mükafatı ilə təltif edilib.
Kataloniya təmsilçisi “Barselona”nın və İspaniya yığma komandasının şərəfini qoruyan 19 yaşlı hücumameyilli oyunçu “France Football” jurnalının versiyasına əsasən mövsümün ən istedadlı gənc futbolçusu elan olunub.
Sözügedən mükafat ona “Qızıl top” mükafatının təqdim edilməsi mərasimində təqdim edilib.
Xatırladaq ki, bu mükafat uğrunda mübarizədə Kərim Alaybqoviç (“Zalsburq”/“Yuventus”, Bosniya və Herseqovina), Ayub Buaddi (“Lill”/“Mançester Siti”, Mərakeş), Pau Kubarsi (“Barselona”, İspaniya), Yan Diomande (“Leypsiq”/“Real”, Kot-d’İvuar), Lennart Karl (“Bavariya”, Almaniya), Eli Cunior Krupi (“Bornmut”), Yoan Manzambi (“Frayburq”/“Aston Villa”, İsveçrə), İbrahim Maza (“Bayer”, Əlcəzair) və Uorren Zair-Emeri də (“PSJ”, Fransa) namizədlər arasında yer almışdılar.
