01:18

Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin uzadılmasını təsdiqlədi

Lider.com.az istinadən bildirir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski ölkə ərazisində hərbi vəziyyət rejiminin və ümumi səfərbərliyin müddətinin uzadılması barədə qanunvericilik aktını təsdiqləyib.

Bu barədə məlumat Ali Radanın rəsmi internet portalında yer alıb.

Təsdiqlənmiş sənədə əsasən, səfərbərlik və hərbi vəziyyət müddəti 2027-ci il yanvarın 29-dək uzadılıb və həmin qanun layihəsi oktyabrın 31-də qüvvəyə minəcək.

Parlamentdə keçirilən səsvermədə hərbi vəziyyətin uzadılmasına 293, ümumi səfərbərliyin davam etdirilməsinə isə 281 parlamentari səs verib.

Xatırladaq ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik tədbirləri Rusiya ordusunun genişmiqyaslı hücumunun başlanğıcı olan 2022-ci il fevralın 24-dən bəri qüvvədədir və bu status qanunverici orqan tərəfindən mütəmadi olaraq hər üç aydan bir uzadılır.