01:17

İstanbulda Muhammed Emin Yıldırım nəzarətə götürülüb

Lider.com.az istinadən bildirir ki, İstanbul hüquq-mühafizə orqanlarının əməkdaşları "Köklü Değişim Medya"nın İstanbuldakı nümayəndəsi Muhammed Emin Yıldırımı saxlayıblar.

Sözügedən media qurumu məlumatı özünün "X" səhifəsi vasitəsilə ictimaiyyətə çatdırıb.

Açıqlamada qeyd olunur ki, Muhammed Emin Yıldırımın İstanbul Polis İdarəsinə aparılmasına səbəb onun sosial şəbəkələrdəki paylaşımları olub.

Şirkətdən həmçinin bildirilib ki, vəkilin dəstəyi ilə hüquqi proses yaxından izlənilir.

Xatırladaq ki, Muhammed Emin Yıldırım Azərbaycan Xarici İşlər Nazirliyinin ölkə ərazisinə girişinə qadağa qoyduğu və "arzuolunmaz şəxslər" siyahısına daxil etdiyi 31 Türkiyə vətəndaşından biridir.