Lider.com.az istinadən bildirir ki, son üç ay ərzində Hizbullah təşkilatı İsrail qüvvələri ilə hərbi münaqişənin yenidən alovlana bilməsi ehtimalına qarşı fəal hazırlıq tədbirləri görüb.
Məlumat Livanın təhlükəsizlik strukturlarının hərəkatın fəaliyyətindən xəbərdar olan mənbələrinə istinadən yayıılıb.
İnsayderlərin verdiyi açıqlamaya əsasən, qruplaşma döyüş potensialını artırmaq məqsədilə Tehrandan on milyonlarla dollar həcmində maliyyə vəsaiti əldə edib.
Həmçinin vurğulanıb ki, bu pul vəsaiti oktyabr ayının əvvəllərində Livan ailələrinə dəstək üçün İrandan ödənildiyi iddia edilən və mətbuatda yer alan 200 milyon dollar dəyərindəki məbləğə daxil deyil, ondan tamamilə ayrıdır.
