01:17

Azərbaycanın U-15 komandası Haitiyə məğlub olub

Lider.com.az istinadən bildirir ki, Azərbaycanın U-15 yığması paytaxtda təşkil olunan dünya çempionatı və festivalı çərçivəsində növbəti matçını keçirib.

Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv Haiti millisi ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutan qarşılaşma rəqibin 4:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Xatırladaq ki, U-15 komandamız daha əvvəlki görüşlərdə Timor-Leste seçməsini 6:0, Andorra kollektivini 1:0, İsrail yığmasını isə 3:1 hesabı ilə üstələmişdi, həmçinin Avstraliya komandasına 1:3 hesabı ilə məğlub olmuşdu.