02:27

"Sabunçu Ceyhun"un qətfində ittiham olunanlar həbs edildi

Lider.com.az istinadən bildirir ki, paytaxtdakı kütləvi dava zamanı "Sabunçu Ceyhun" ləqəbi ilə tanınan şəxsin qətlə yetirilməsində suçlu bilinən nəfərlərin kimlikləri dəqiqləşdirilib.

Saxlanılan vətəndaşların 2002-ci il təvəllüdlü Rəhimov Emin Qoşqar oğlu və 1993-cü il təvəllüdlü Cəfərov Elmar Şücaət oğlu olduğu müəyyən edilib.

Cinayəti törətdikdən sonra hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi peşəkar əməliyyat-axtarış tədbirləri sayəsində yaxalanıblar.

Xətai rayonundakı iaşə obyektlərindən birində baş verən ağır cinayətlə əlaqədar təqsirləndirilən bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə istintaq qurumunun təqdimatına baxılıb.

Binəqədi Rayon Məhkəməsində baş tutan proses zamanı müvafiq qərar qəbul olunub və Rəhimov Emin Qoşqar oğlu ilə Cəfərov Elmar Şücaət oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri çıxarılıb.

Xatırladaq ki, daha əvvəl məlumat verildiyi kimi, hadisə yerində olan, cinayətkar aləmin qanun-qaydaları ilə yaşayan və mütəmadi olaraq qanunsuz əməllərlə məşğul olan digər şəxslər də müəyyənləşdirilib.

Onların hədə-qorxu ilə pul tələb etdikləri, cinayətkar dairələrdə nüfuz artırmaq və tabe olmayanları cəzalandırmaq üçün odlu və soyuq silahlardan istifadə etməklə cinayətkar birlik yaratdıqları və fəaliyyət göstərdikləri müəyyən edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupunun apardığı tədbirlər nəticəsində həmin şəbəkənin digər 11 üzvü də saxlanılıb.

Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.