Lider.com.az istinadən bildirir ki, Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp ötən və 2026-cı ildə baş tutacaq aralıq seçki prosesində qanunsuzluqlar barədə xəbər verənlərə 1 milyon dollar məbləğində pul mükafatı təklif edib.
Ağ Evin rəhbəri bu barədə özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp qeyd edib ki, maliyyə vəsaiti seçki saxtakarlığını törədən şəxslərin həbs edilərək məhkəmə tərəfindən cəzalandırılmasından sonra təqdim olunacaq.
Xatırladaq ki, Tramp və onun tərəfdarları 2020-ci il seçkilərində qanun pozuntularının baş verdiyini iddia etsələr də, bülletenlərin yenidən yoxlanılması tələbi ilə açılan məhkəmə işləri uğursuz olub, 2024-cü ildəki yarışda isə o, rəqibi Kamala Harrisi üstələyib.
Respublikaçıların nəzarətində olan bəzi bölgələrdə səsvermə proseduruna nəzarətin gücləndirilməsi planları müxalif demokratlar tərəfindən kəskin tənqidlə qarşılanıb və onlar bu cür tədbirlərin vətəndaşların iradəsini ifadə etməsini çətinləşdirəcəyini vurğulayırlar.
