Lider.com.az istinadən bildirir ki, Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək rütbəli rəsmilərinin iştirakı ilə baş tutan müzakirələr yekunlaşaraq yekun sənədin qəbul edilməsi ilə başa çatıb.
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun baş komandanı general Asim Munir, eləcə də Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının paytaxt Tehranda iranlı həmkarları ilə ikitərəfli və çoxtərəfli təmasları başa çatıb.
Qəbul olunan rəsmi bəyanata əsasən, iştirakçı tərəflər bölgədə sabitliyin və təhlükəsizliyin qorunması, habelə dörd dövlət arasında qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində dialoqu davam etdirmək əzmində olduqlarını təsdiqləyiblər.
Daha əvvəl isə İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri Kəni qonaq nümayəndə heyətlərinin qurumun katibi ilə birgə toplantı keçirəcəyini əvvəlcədən bildirmişdi.
Baqiri Kəni qeyd etmişdi ki, bu ölkələr Tehranla birlikdə ötən qarşıdurmalar dövründə təhlükəsizliyin qorunması istiqamətində əldə olunan təcrübədən bəhrələnərək daxili potensiala söykənən regional təhlükəsizlik sisteminin qurulmasında mühüm irəliləyiş əldə edə bilərlər.
