01:17

Şamaxının Göylər kəndində yeni körpələr evi-uşaq bağçası açılıb

Lider.com.az istinadən bildirir ki, oktyabrın 26-da Şamaxı rayonunun Göylər yaşayış məntəqəsində yeni tikilmiş körpələr evi-uşaq bağçasının açılış mərasimi baş tutub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva qatılıblar.

Gələn qonaqlar məktəbəqədər təhsil ocağında mövcud olan şəraitlə yaxından tanış olublar.

Sözügedən körpələr evi-uşaq bağçasının tikintisinə Heydər Əliyev Fondu tərəfindən 2025-ci ildə start verilib və müəssisə bütün lazımi mebel, avadanlıq, eləcə də qrup otaqları üçün zəruri əyani vasitələrlə təmin edilib.

Müəssisənin ərazisində uşaqların əylənməsi üçün xüsusi meydança quraşdırılıb və müxtəlif söhbətgahlar inşa olunub.

Ümumi tutumu 160 azyaşlı üçün nəzərdə tutulan binada oğlan və qızlar üçün yataq otaqları, qrup otaqları, musiqi və gimnastika məşğələləri üçün zallar, yeməkxana, mətbəx, həmçinin tibb və digər texniki otaqlar yaradılıb.

Obyektin həyətində geniş abadlıq və yaşıllaşdırma tədbirləri görülərək asfalt və qazon örtüyü salınıb, müxtəlif dekorativ ağaclar, kollar əkilib və işıqlandırma sistemi quraşdırılıb.

Bağçanın müdiri Aygün Mikayılova qeyd edib ki, 7750 sakini olan yaşayış məntəqəsində əvvəllər fəaliyyət göstərən 55 yerlik köhnə bağça yararsız və təmirsiz vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən müasir bina inşa edilib. Yeni təhsil ocağı 2-3 yaş, 3-4 yaş və 4-5 yaş olmaqla 3 qrupdan ibarətdir, ümumi 17 nəfərlik kollektivin 12 nəfəri texniki, 5 nəfəri isə pedaqoji işçilərdən ibarətdir.