06:59

Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro vəsait ayırıb

Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro vəsait ayırıb

Lider.com.az istinadən bildirir ki, portuqaliyalı məşhur futbolçu Kriştianu Ronaldu yeni mineral su markasının təsis olunması layihəsinə 10 milyon avro sərmayə qoyub.

Təşəbbüsdə şərik qismində çıxış edən “Grupo Outeirinho” şirkəti də eyni həcmdə maliyyə yatırıb. Ümumi həcmi 20 milyon avro olan layihədə Ronaldu ilə sözügedən şirkətin hər birinin bərabər — 50 faizlik payı olacaq.

Mineral suyun qablaşdırılacağı istehsal müəssisəsinin tikintisi artıq Portuqaliyanın Braqansa bölgəsində reallaşdırılır. Zavodun inşasının başa çatdırılması, habelə buraxılacaq məhsulun yerli və beynəlxalq bazarlara çıxarılması 2027-ci ilin sonunadək həyata keçiriləcək.

Yeni brendin dizayn işlərini İtaliya şirkətlərindən biri icra edir. Layihənin fəaliyyətə başlaması mərhələli şəkildə onlarla yeni iş yerinin yaradılmasına imkan verəcək. Şirkət həmçinin Portuqaliyanın daxili su bazarının 45 faizinə nəzarət etdiyini vurğulayır.