03:36

Leyla Əliyeva Aşqabaddakı Milli Türkmən Xalçası Muzeyini ziyarət edib

Leyla Əliyeva Aşqabaddakı Milli Türkmən Xalçası Muzeyini ziyarət edib

Lider.com.az istinadən bildirir ki, oktyabrın 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva Aşqabandakı Milli Türkmən Xalçası Muzeyində qonaq olublar.

Baxış zamanı qonaqların nəzərinə çatdırılıb ki, Türkmənistan qədim köklərə malik xalçaçılıq sənətini əl işlərinin beşiyi kimi bu gün də müvəffəqiyyətlə yaşadır və inkişaf etdirir, bu istiqamətdə fəaliyyət göstərən muzeydə isə nadir və qiymətli eksponatlar toplanıb.

Məlumatda vurğulanıb ki, ekspozisiyada 2001–2003-cü illərdə ərsəyə gələn və "Ginnesin Rekordlar Kitabı"na düşən planetin ən nəhəng xalçası, ötən əsrin qırxıncı illərində qadınların məhrumiyyətlərə sinə gərərək tamamladıqları ilk böyük xalça, eləcə də 2009-cu ildə məhz yeni bina üçün toxunmuş məmulatlar qorunur. Həmçinin muzeyin kolleksiyasında XVII–XIX əsrlərə aid nadir nümunələr daxil olmaqla, təqribən 2000-ə yaxın qədim əl işi xalça məhsulu yer alıb.

Daha sonra türkmən milli geyimlərinin dəfiləsi təşkil olunub. Həmin təqdimatda əl ilə naxışlanmış ipək libaslar, qədim ənənəvi və müasir dizayn elementlərini özündə birləşdirən geyimlər nümayiş etdirilib.