
Lider.com.az istinadən bildirir ki, Böyük Britaniyanın ictimai yayım korporasiyası BBC qarşıdakı iki il ərzində 500 milyon funt sterlinq məbləğində xərcləri azaltmaq üçün iki televiziya kanalını və bir radiostansiyanı ləğv etməyi, eləcə də işçi heyətinin bir hissəsini ixtisar etməyi qərara alıb.
Təsdiqlənmiş strategiyaya əsasən, “BBC Scotland” və “BBC Three” telekanalları, eləcə də “BBC Radio 4 Extra” stansiyası öz işinə son qoyacaq.
Bəzi verilişlərin “BBC iPlayer” və “BBC Sounds” kimi rəqəmsal şəbəkələrə keçirilməsi planlaşdırılır.
Eyni zamanda, “BBC News” strukturunda təxminən 100 nəfərin işdən azad olunacağı diqqətə çatdırılır, ümumilikdə isə qurumda 1800–2000 iş yerinin ixtisarı nəzərdə tutulur.
BBC-nin baş direktoru Mett Brittin artan xərclər şəraitində belə çətin addımların qaçılmaz olduğunu vurğulayıb.
Ləğvi nəzərdə tutulan media qurumlarının 2027-ci ilin yazına qədər efirdə qalacağı qeyd edilir.
