04:01

Volodimir Zelenski: Putinin təcriddən azad olunması mərhələsi artıq start götürüb

Volodimir Zelenski: Putinin təcriddən azad olunması mərhələsi artıq start götürüb

Lider.com.az istinadən bildirir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski Rusiya lideri Vladimir Putin, Birləşmiş Ştatların prezidenti Donald Tramp və Çin rəhbəri Si Cinpin arasında planlaşdırılan sammitə münasibət bildirib.

“Corriere della Sera” nəşrinə verdiyi müsahibədə Zelenski qeyd edib ki, bu tədbirdə Ukraynanın təmsil olunub-olunmamasından daha əhəmiyyətli məqam Putinin qlobal təcriddən xilas edilməsi prosesidir.

Ukrayna lideri vurğulayıb: “Məsələ təkcə toplantının bizim qatılımımızla, yoxsa qatılımımız olmadan baş tutacağı ilə məhdudlaşmır. Təəssüflər olsun ki, Putinin izolyasiyadan asta-asta qurtulması mexanizmi artıq işə düşüb. Bu, heç də ilk addım deyil”

Zelenski həmin danışıqlarda dəqiq hansı mövzuların masaya yatırılacağından xəbərsiz olduğunu söyləyib.

O diqqətə çatdırıb ki, əgər müzakirələr məhz Ukraynaya aid olarsa, Kiyevlə mütləq şəkildə məsləhətləşmələr aparılacağına ümid edir.