01:13

Donald Tramp Ukraynadakı münaqişənin yaxın vaxtlarda yekunlaşacağına inamını bildirib

Donald Tramp Ukraynadakı münaqişənin yaxın vaxtlarda yekunlaşacağına inamını bildirib

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evin Cənub həyətində media nümayəndələri ilə söhbəti zamanı Ukrayna böhranının qısa müddətdə nizama salınacağına inandığını dilə gətirib.

Dövlət başçısı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlara başlamasının səbəblərinə və detallarına bələd olduğunu söyləyib.

O qeyd edib ki, günlərin birində həmin detalları ictimaiyyətə açıqlayacaq, lakin hazırda onu yalnız tək bir məsələ narahat edir – bu savaşın tezliklə başa çatması.

O, həmçinin Rusiya və Ukrayna rəhbərləri Vladimir Putin ilə Volodimir Zelenskinin də qarşıdurmanın dayanmasını arzuladıqlarına inandığını vurğulayıb.

Tramp əlavə edib ki, bu müharibənin mütləq aradan qalxacağına inanır və onu maraqlandıran yeganə məqam da məhz budur.

Xatırladaq ki, daha əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Vladimir Cabarov Kiyevin Donald Trampın Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq çağırışlarına nümayişkaranə şəkildə məhəl qoymamasının Moskvanı Volodimir Zelenski ilə deyil, başqa bir şəxslə sülh danışıqları aparmağa məcbur edəcəyini bəyan etmişdi.