03:41

Kiyevə ballistik raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var

Kiyevə ballistik raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var

Lider.com.az istinadən bildirir ki, oktyabrın 18-də axşam vaxtı Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərinə ballistik raketlərlə zərbələr endirib.

Paytaxtın meri Vitali Kliçkonun yaydığı məlumata əsasən, Desnyanski rayonunda səhiyyə müəssisəsinin binası, Dnepr rayonunda isə qeyri-yaşayış obyekti hədəfə alınıb.

Terror hücumu nəticəsində iyirmi bir yaşlı qadın həyatını itirib, daha üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlərdən ikisi tibb müəssisələrinə hospitalizasiya olunub.

Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Dnepr rayonunda yerləşən təhsil müəssisələri də zərər görüb.

Hadisə yerlərinə dərhal xilasetmə və fövqəladə hallar qurumlarının əməkdaşları cəlb olunub.