04:47

ABŞ hakimiyyəti yüz minlərlə vizanı ləğv etdi

ABŞ hakimiyyəti yüz minlərlə vizanı ləğv etdi

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rəhbərliyinin hakimiyyətə gəldiyi dövrdən bəri üç yüz mindən artıq viza qüvvədən salınıb.

Bu barədə ABŞ Dövlət Departamentinin konsulluq işləri üzrə nazir müavini Mora Namdar sosial şəbəkədəki hesabında paylaşım edib.

O qeyd edib ki, ölkəyə gələn şəxslər yerli qanunvericiliyə tam riayət etməlidirlər və əks təqdirdə Birləşmiş Ştatlara səfər etmək hüququndan məhrum olacaqlar.