
Lider.com.az istinadən bildirir ki, Gəncə şəhərinin Cavadxan yaşayış massivində avtomobilin yolun hərəkət hissəsini keçməyə cəhd edən 1991-ci il təvəllüdlü A.Məmmədovu vurması ilə nəticələnən qəza baş verib və dərhal əraziyə polis qüvvələri cəlb olunub.
Zərərçəkən şəxs oktyabrın 24-də saat 10:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Abbas Səhhət adına xəstəxanaya çatdırılıb.
TƏBİB-in verdiyi məlumata əsasən, yaralıya burun nahiyəsinin sıyrıntısı və daban sümüyündə çatı diaqnozları qoyularaq lazımi tibbi yardımlar göstərilib.
Sağlamlıq durumu qənaətbəxş səviyyədə qiymətləndirilən xəstə ev şəraitində ambulator müalicə almaq üçün buraxılıb.
Hazırda baş vermiş hadisə ilə əlaqədar müvafiq araşdırmalar davam etdirilir.
