02:05

Lənkəranda çay kənarında balıq ovlayan şəxs həyatını itirib

Lənkəranda çay kənarında balıq ovlayan şəxs həyatını itirib

Lider.com.az istinadən bildirir ki, Lənkəran rayonunun Ürgə kəndi torpaqlarında balıq ovu zamanı bədbəxt hadisə qeydə alınıb.

Liman şəhərinin sakini, 1969-cu ildə doğulmuş Fizuli Allahyar oğlu Həsənov Ürgə kəndindən axan Viravul çayında ov edərkən hələlik dəqiqləşdirilməmiş səbəblərdən vəfat edib. Cəsəd hadisə yerindən götürülərək müvafiq qurumlara təslim olunub.

Araşdırmalar zamanı məlum olub ki, həmin zonadan yüksək gərginliyə malik elektrik xətləri keçir və ilkin ehtimallara görə, mərhumun qarmağı bu naqillərə çırpılıb. Eyni zamanda, F.Həsənovun səhhətində, konkret olaraq ürəyində əvvəllər problemlərin olduğu da vurğulanır.

Baş vermiş hadisə ilə əlaqədar olaraq müvafiq araşdırma tədbirləri davam etdirilir.