00:07

İsrail qüvvələri Qəzzada radikal qruplaşmaların dörd üzvünü zərərsizləşdirdiyini bəyan edib

Lider.com.az istinadən bildirir ki, İsrail hərbçiləri Qəzza zolağında həyata keçirilən aviazərbələr nəticəsində HAMAS və “İslami Cihad” qruplaşmalarının dörd təmsilçisinin həyatına son qoyulduğunu elan ediblər.

Hərbi qurumun yaydığı məlumata əsasən, zərərsizləşdirilən şəxslər arasında HAMAS-ın xüsusi təyinatlı “Nuxba” dəstəsinin komandirlərindən biri, snayper qrupunun üzvü, eləcə də “İslami Cihad”ın iki mənsubu yer alıb.

Təl-Əviv rəsmiləri bu şəxslərin həm hərbi qulluqçulara, həm də dinc sakinlərə qarşı təxribat planlaşdırdıqlarını iddia ediblər.

Öz növbəsində, Qəzza Mülki Müdafiə Xidmətinin nümayəndəsi Mahmud Bassal son sutka ərzində İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində 13 sakinin həlak olduğunu, təxminən 60 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.