Lider.com.az istinadən bildirir ki, Suriyanın şərq hissəsindəki İdlib vilayətində yerləşən Sarakib yaşayış məntəqəsinin yaxınlığındakı hərbi sursat anbarında şiddətli partlayış baş verib.
Hadisə bölgəsindəki hərbi təchizatların detonasiyası səbəbindən bir-neçə ardıcıl gurultulu partlayış səsləri eşidilib.
Hələlik insident zamanı xəsarət alan və ya həyatını itirənlər barədə rəsmi qurumlar tərəfindən h heç bir açıqlama verilməyib.
Bununla yanaşı, həm partlayışın başvermə səbəbləri, həm də həmin anbarda qorunan sursatların kimə aid olması hələlik dəqiqləşməyib.
