
Lider.com.az istinadən bildirir ki, Fransanın Marsel şəhərində bütün kütləvi etiraz yürüşləri qadağan edilib.
Yerli mətbuatın yaydığı məlumata əsasən, bu addım şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə atılıb.
Bununla yanaşı, bölgədə şənbədən bazara və bazardan bazar ertəsinə keçən gecələr yerli saatla 23:00-dan səhər 05:00-dək komendant saatı rejimi qüvvəyə minəcək.
Eyni zamanda, oktyabrın 24-də yanacağın və mühafizə ləvazimatlarının daşınmasına da məhdudiyyət qoyulub.
Marsellə yanaşı, Lion, Nitsa və Havr şəhərlərində də nümayişlərin keçirilməsi qadağan edilib.
Paytaxt Parisdə isə yalnız marşrutu əvvəlcədən təsdiqlənmiş həmkarlar ittifaqlarının mitinqlərinə icazə verilib.
Xatırladaq ki, oktyabrın 17-də Fransada əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və yanacağın qiymətinin artması səbəbindən başlayan etirazlar bir sıra yaşayış məntəqələrində iğtişaşlarla və polislə toqquşmalarla nəticələnmişdi.
