01:36

Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatının vaxtı bəlli olub

Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatının vaxtı bəlli olub

Lider.com.az istinadən bildirir ki, bu gün FIFA Şurası Bürosunun növbəti iclası baş tutub.

Toplantı zamanı Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə reallaşacaq FIFA U-20 dünya çempionatının keçiriləcəyi dəqiq tarixlər elan edilib.

Məlumata əsasən, 20 yaşadək futbolçulardan ibarət yığmaların mübarizə aparacağı mötəbər turnir 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək davam edəcək.

Qeyd edək ki, qlobal çempionatda ümumilikdə 24 komanda qələbə uğrunda mübarizə aparacaq.