
Lider.com.az istinadən bildirir ki, Fransada oktyabrın 17-də baş qaldıran iğtişaşlar nəticəsində azadlığı məhdudlaşdırılan şəxslərin yekun sayı 2700-ə çatıb.
Bu barədə məlumatı ölkənin ədliyyə naziri Jerald Darmanen mətbuat nümayəndələrinə açıqlamasında verib.
Nazir bildirib ki, ümumilikdə 2700 nəfər tutulub, onlardan 217-si isə şənbə günündən bəri həbsdədir.
O, saxlanılanların yarıdan çoxunun əvvəllər heç bir məhkumluğunun olmadığını vurğulayaraq, həqiqətən də olduqca sərt addımların atıldığını diqqətə çatdırıb.
Xatırladaq ki, həmin ayın 17-də Parisdə, eləcə də respublikanın digər bölgələrində yanacaq qiymətlərinin bahalaşmasına və vətəndaşların alıcılıq qabiliyyətinin zəifləməsinə etiraz olaraq genişmiqyaslı etiraz aksiyaları təşkil olunmuşdu.
Aksiya təşkilatçılarının təqdim etdiyi rəqəmlərə əsasən, nümayişlərdə 800 min insan iştirak edib.
