
Lider.com.az istinadən bildirir ki, Birləşmiş Ştatlar narkotik alveri və korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Kolumbiyanın 21, eləcə də Boliviyanın 40 sakininin viza hüquqlarını məhdudlaşdırıb.
ABŞ dövlət katibi Marko Rubio mövzu ilə əlaqədar açıqlama verib.
Rubio qeyd edib ki, tətbiq edilən sanksiyalar siyasi baxışlarından asılı olmayaraq, korrupsiya sxemləri və narkotik ticarəti vasitəsilə Latın Amerikası ölkələrində xalq tərəfindən seçilmiş hakimiyyətlərin işinə zərər vuran fərdləri hədəf alır.
Sözügedən məhdudiyyət tədbirləri keçmiş dövlət qulluqçularını, parlament üzvlərini, energetika sektorunun rəhbərlərini, eləcə də digər şəxsləri və onların ailə üzvlərini əhatə edir.
