Lider.com.az istinadən bildirir ki, Türkiyə Super Liqasında doqquzuncu turun görüşləri ardıcıl olaraq keçirilir.
Səfərdə “Rizəspor”un qonağı olan “Trabzonspor” komandası məhsuldar mübarizədən üstün ayrılıb və azarkeşlərin yeddi qol izlədiyi qarşılaşma qonaqların 4:3 hesablı üstünlüyü ilə başa çatıb.
Öz evində “Başakşəhər” kollektivini qəbul edən “Beşiktaş” isə rəqibinə iki cavabsız qol vuraraq üç xalı aktivinə yazdırıb – 2:0.
Xatırladaq ki, cari turun adına xüsusi diqqət yetirilən “Qalatasaray” – “Fənərbaxça” derbisi ilə yekun nöqtə qoyulacaq.
