00:07

ABŞ-da demokratlar müdafiə nazirinin istefasını tələb etməyə hazırlaşırlar

Lider.com.az istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları Konqresində təmsil olunan demokrat deputatlar müdafiə naziri Pit Heqsetin tutduğu postdan kənarlaşdırılması istiqamətində addımlar atmağa hazırlaşırlar.

Nümayəndələr Palatasındakı demokrat fraksiyasının rəhbəri Hakim Ceffris dövlət başçısı Donald Trampa müraciət edərək Heqsetin dərhal vəzifəsindən azad olunmasını tələb edib və əks təqdirdə bu prosesi Konqresin özünün icra edəcəyini vurğulayıb. Ceffris əlavə edib ki, hazırkı müdafiə naziri bu məsuliyyətli vəzifənin öhdəsindən gəlmək üçün qeyri-münasib namizəddir.

Öz növbəsində, respublikaçı qanunverici Tomas Massi də Pit Heqsetin impiçment prosedurunu ehtiva edən qətnamə layihəsini yenidən müzakirəyə çıxarmaq niyyətində olduğunu bəyan edib.