15:38

Kreml Zelenskini sülh prosesindən boyun qaçırmaqda günahlandırdı

Kreml Zelenskini sülh prosesindən boyun qaçırmaqda günahlandırdı

Lider.com.az istinadən bildirir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Ukrayna dövlət başçısı Volodimir Zelenskinin qarşıdurmanın dinc yolla aradan qaldırılması məsuliyyətini daşımaqdan yayındığını bəyan edib və bu məsələdə Moskvanın yanaşmasının Vaşinqtonun mövqeyi ilə tam üst-üstə düşdüyünü söyləyib.

Kreml rəsmisinin dediklərinə görə, onlar ABŞ Prezidenti Donald Trampın Zelenskinin sülh nizamlanmasında maraqlı olmadığı barədəki qənaəti ilə tamamilə həmrəydirlər.

Prezidentin mətbuat katibi vurğulayıb ki, Kiyev rəhbərliyinin sülh istiqamətində addım atmaqdan və məsuliyyətdən qaçdığı birmənalıdır və onlar bu xüsusqda Trampın fikirlərini tam olaraq bölüşürlər.

Bununla yanaşı, Peskov xatırladıb ki, sülh danışıqlarının aparılması indiki Ukrayna hakimiyyətinin iştirakı olmadan qeyri-mümkündür.